AZ

Canan Karatay: Səhər yeməyində çörək əvəzinə bu tərəvəzləri yeyin!

Türkiyənin tanınmış dietoloqu Canan Karatay səhər yeməyində çörəkdən imtinanın sağlamlıq üçün faydalarını açıqlayıb.

Çörək asılılıq yaradır

Canan Karatay müasir dövrdə istehlak olunan çörəklərin keçmişdəki təbii çörəklərlə heç bir əlaqəsinin olmadığını vurğulayıb. Çörəyin beyində morfin reseptorlarını oyandıraraq müvəqqəti xoşbəxtlik hissi yaratdığını və bu səbəbdən bağımlılıq yaratdığını bildirib:

"Çörək bədəni aldadır, insulinin səviyyəsini artırır və tez aclıq hissi yaradır."

Çörək yerinə nə yeyilməlidir?

Karatay səhər yeməyi üçün çörək əvəzinə təbii məhsulları tövsiyə edir:

  • 3 təbii kənd yumurtası ilə pendirli omlet,
  • Təbii zeytun
  • Çiy yerkökü və turp.

O, bu məhsulların uzun müddət toxluq hissi yaratdığını və sağlam qidalanmaya töhfə verdiyini bildirib. Həmçinin, şəkərsiz türk qəhvəsi və ya çay içməyi tövsiyə edib.

Karatayın bu tövsiyələri qış aylarında sağlam və balanslı qidalanmaq istəyənlər üçün əhəmiyyətli mesajdır.

Seçilən
12
1
bolge.tv

2Mənbələr