Nyu-Yorkda bir kişi metro vaqonunda yatan qadının üzərinə benzin tökərək onu yandırıb.
Bakupost.az xəbər verir ki, bu barədə The Guardian məlumat verib.
Hadisə Bruklin şəhərindəki "Coney-İsland-Stillvell-Avenue" metrostansiyasında baş verib.
Məlumata görə, şübhəli şəxs və zərərçəkən eyni vaqonda olublar. O, zərərçəkənə yaxınlaşıb və onun paltarını alışqanla yandırıb. Daha sonra vaqonu tərk edib, lakin bir müddət platformada qalıb və baş verənləri izləyib. Bir şahid isə yandırma anını videoya çəkərək, hadisəni törədənin bir neçə metr aralıda oturduğunu göstərib.
Hadisə yerinə gələn xilasedicilər qadının tamamilə alov içində olduğunu görüblər. Yanğın söndürüldükdən sonra təcili tibbi yardım əməkdaşları qadının hadisə yerində öldüyünü elan ediblər. Cinayətdə şübhəli şəxs isə hadisə yerindən qaçıb. Bir neçə saat sonra üç məktəbli onu başqa bir qatarda görərək 911-ə zəng edib və həmin şəxs saxlanılıb.
Cinayətin səbəbi hələ də məlum deyil, çünki haidəsni törədən və qurban bir-birini tanımayıb.
CBS News bildirir ki, şübhəli şəxs Qvatemalada doğulub və 2018-ci ildə ABŞ-a köçüb.
Nyu-York polisi bəyan edib ki, bu hadisə "insanın insana qarşı törədə biləcəyi ən vəhşi cinayətlərdən biridir". Hazırda istintaq davam edir.
Lalə Novruz