AZ

Oğuzun iki kəndində ev quşları naməlum XƏSTƏLİKDƏN tələf olur – FOTO

Oğuzun iki kəndində ev quşlarının tələf olma səbəbləri araşdırılır.

Yaqublu və Yenikənd kəndlərində 2000-dən yuxarı toyuq, 1000-ə yaxın hindquşu və 100 ədəd qaz hələki bilinməyən xəstəlikdən tələf olub. 

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Oğuzun Yaqublu və Yenikənd kəndlərində ev quşlarının kütləvi ölümü qeydə alınıb. Quşlar arasında təlafat noyabr ayının sonu dekabrın əvvəlindən başlayıb və bir həftə müddətində adıçəkilən kəndlərin əksər ərazilərini bürüyüb. 

Sakinlərin sözlərinə görə ev quşları arasında ölüm halları əsasən gecə vaxtı baş verib. Belə ki, axşam yemlədikləri toyuq-cücə, qaz və hindquşları səhərə sağ çıxmayıb. 

Kənd sakini Nəcibə Mehdiyeva boş qalan toyuq hinini göstərərk bildirir ki, bir həftədə kütləvi qırğın olub:

“Beş-altısını kəsə bildik, qazlarım öldü, 50-yə yaxın hindquşlarım öldü” deyir. 

Hinləri boş qalan sakinlərin əksəriyyətinə 2000-3000 manat maddi ziyan dəyib. Anidən xəstəliyə tutulan ev quşlarına bəzi dərmanlar verilsə də, ölüm hallarının kütləviliyinin qarşısını almaq mümkün olmayıb.

Kənd sakini Məhəmməd İbrahimovun sözlərinə görə ailəsinin əsas gəlir mənbəyi quşçuluq olub. Onun 50-dən yuxarı hindquşu, 100-dən də artıq toyuq-gücəsi məhv olub:

“Bunların əlamətləri necədir, pipikləri qaralır, ağız-burundan ifrazat axır, su gəlir, iki-üç gün ərzində heyvan ölür.  Ev quşlarının ölməsi ilə təkcə bizim ailəyə 2 min manata yaxın ziyan dəyib” - deyə fikrini tamamlayır.

Sakinlər bildirir ki, adətən yeni il ya da digər bayramlar ərəfəsində onlar il boyu yetişdirdikləri ev quşlarını sataraq ailələrinə xərcləyirdilər. 

“Kəndlinin dolanışığı hindquşu, qaz, toyuqdu. Təsərrüfatımız bununla məşğuldu. Yemini, dərmanını alıb,veririk. Vəziyyət budur damlar boş qalıb. Qazlar dəli oldu, başları pozulmuşdu. İynə də vurduq saxlaya bilmədik. Hamısı külə döndü getdi. Bizim 60 baş toyuq, 20 baş qaz, 50 baş hinduşka bir həftə, 10 gün içində tələf oldu getdi”- deyən digər kənd sakini Xəlil Osmanov isə ailəsinə 1500-2000 min manat arasında ziyan dəydiyini bildirir. 
 

Sakinlərin sözlərinə görə, noyabrın sonundan dekabrın ilk həftəsi ərzində Yaqublu və Yenikənd kəndlərində 2000-dən yuxarı toyuq, 1000-ə yaxın hindquşu və 100 ədəd qaz hələki bilinməyən xəstəlikdən tələf olub. 


Qida Təhlükəsizliyi Agentliyinin Regional nümayəndəliyindən saytımıza bildirilib ki, hazırda quşların təlafatı ilə bağlı araşdırmalar aparılır. 
















Tural Rasimoğlu, Bizim.Media, Şimal-Qərb bürosu

phrase_var_article.chosen
5
1
bizim.media

2phrase_var_article.sources