Bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda və digər ağır cinayətlərdə təqsirli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulaminin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı Ziya Mansurov ittiham aktını elan edib.
İttihama görə, təqsirləndirilən şəxslər özlərini vəzifəli şəxs kimi zərərçəkmişlərə təqdim ediblər və onların külli miqdarda pullarını ələ keçiriblər.
Onlar zərərçəkmişlərin vəzilərinə təqaüd və sosial sığorta düzəltməkdə, işə qəbul etməkdə və ali məktəbə tələbə qəbul etdirmək adı ilə vətəndaşların pulunu alıblar.
Həmçini dəstənin daha bir üzvü, hazırda şəxsiyyəti istintaqla araşdırılan Türkiyə vətəndaşı ilə birlikdə elektron məlumatları daşıyıcılarından məlumatlar əldə etməklə vətəndaşların pullarını ələ keçiriblər. Zərərçəkmiş şəxslərin arasında xarici ölkə vətəndaşları da var.
Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində bank kartlarından xüsusi proqramlardan istifadə etməklə maddi vəsaitlər oğurlamaqda şübhəli bilinən Cavanşir Rüstəmzadə, Mehman Əsədov və Novruz Qulami saxlanılıblar.
Araşdırmalarla M.Əsədovun vətəndaşlara məxsus kartların məlumatlarını müxtəlif üsul və vasitələrlə əldə etdiyi müəyyən olunub.
Sonradan o, kartlarda olan külli miqdarda pul vəsaitini Cavanşir Rüstəmzadə və Novruz Qulaminin adına açılmış hesablara köçürüb. Pul vəsaitləri müxtəlif bankomatlarda nağdlaşdırılaraq saxlanılan şəxslər arasında bölünüb.
Dəstə üzvləri həmçinin internet üzərindən onlayn maliyyə əməliyyatları aparan vətəndaşların ödəmə sistemlərindəki məlumat bazalarına da müdaxilə edərək onların rekvizitlərini əldə ediblər.
Saxlanılanların istifadələrində olan kompüter avadanlıqlarına və məlumat daşıyıcılarına baxış zamanı çoxsaylı elektron sübutlar və digər dəlillər müəyyən edilərək götürülüb.
İttihama münasibət bildirən Cavanşir Rüstəmzadə oğurluq ittihamla özünü təqsirli bilməyib və dələduzluq ittihamı üzrə isə qismən təqsirli bilib.
Mehman Əsədov və Novruz Qulami isə özlərini ümumiyyətlə təqsirli bilməyiblər.
Daha sonra Mehman Əsədov ifadə verib. O bildirib ki, Cavanşir Rüstəmzadə ilə əvvəllər tanışlığı olub: "Bitcoin alış-verişi etmək istəyib. Mənim də bu barədə məlumatım var idi. Mən Cavanşiri Türkiyə vətəndaşı Telli xanım ilə tanış etdim. Bundan sonra internet vasitəsi ilə iş gördülər. Mənə də 3 faiz pul verdilər. Kanadadan pulların gəlməsindən xəbərim olmayıb. Bu barədə baş mütəşəkkil cinayətkarlığa qarşı mübarizə idarəsində bilmişəm mən günahsızam, günahım olmaya-olmaya həbsdə saxlanılıram.
Təqsirləndirilən şəxs bildirib ki, heç kimə, o cümlədən Cavanşir Rüstəmzadəyə bank məlumatları barədə heç bir məlumat verməyib. Onun sözlərinə görə, Bitcoinla satış edilməsi üçün şəxs calaşdırdığı üçün 5800 manat qonorar alıb: "Ümumilikdə 7 faiz gəlir var. Mənə də 3 faiz gəlir veriblər".
Digər təqsirləndirilən Cavanşir Rüstəmzadə bildirib ki, Sumqayıt şəhərində bir nəfərxs olub, həmin şəxs Bitcoin nağdlaşdırmaq istəyib: "Bir xanımla danışdım. O da Bitcoin almağa razı oldu. Bundan sonra bir-bir banklarla danışdım ki, xaricdən gələn pulları hansı banklar qəbul edir. Mən də onlara izah etdim ki, satdığım məhsula görə xaricdən gələn pulları götürmək olub".
Cavanşir Rüstəmzadə qeyd edib ki, özünü Elm və Təhsil Nazirliyinin işçisi kimi təqdim etməyib. Onun sözlərinə görə, Vəfa xanımdan oğlunu işə düzəltmək üçün 15 min manat alıb, amma iş alınmadı0ı üçün pulu geri qaytarıb. Onun sözlərinə görə, Elmira və Səbuhi adlı şəxslərə sosial sığorta ilə bağlı pullar alıb, amma pulu qaytarmayıb.
Dövlət ittihamçısının suallarını cavablandıran təqsirləndirilən şəxs bildirib ki, Bitcoin satışı ilə anlayışı olmayıb: "Amma Bitcoin satışı ilə məşğul olmasını bilmişəm. Buna görə də ortaq tanışının vasitəsi ilə Mehmanla tanış oldum. Onun vasitəsi ilə də Türkiyə vətəndaşı ilə tanış oldum. Özümün təcrübəm olsaydı, bu şəxslərə müraciət etməzdim. Mənim Əli adlı tanışım var idi. Onun Bitcoinu var idi, satmaq istəyirdi. O, hər şeyini satdı, Almaniyaya köçdü. Hazırda orada yaşayır. Bitcoində kaşlok Əlinin adına idi. Pul mənim kartına köçürdü. Mən də pulu bankdan çıxarırdım və Əliyə çatdırırdım. Əli də mənim 7 faizimi verirdi, qalan pulu da Türkiyəyə göndərirdi".
Cavanşir Rüstəmzadə qeyd edib ki, zərərçəkmiş şəxslərə dəymiş ziyanı ən böyük hissəsini ödəyib.
Zərərçəkmiş "Rabitə Bank"ın nümayəndəsi bildirib ki, Kanada vətəndaşların pulları bank kartına gəlib və pullar ələ keçirilib. Onun sözlərinə görə, Kanadanın 4 bankını müştərilərinin kartların 16 rəqəmi əldə olunub. Onun sözlərinə görə, 151 müştərinin kart hesabından pullar yerli banklara köçürülüb, həmin pullar çıxarılıb: Bununla da Cavanşir Rüstəmovun hesabına 68 min dollar, digər şəxsin hesabına isə 98 min dollar köçürülərək nağdlaşdırılıb. Sonradan işin üstü açılanda Kanada bankları bizim bankdan pulları geri alıb. Bununla bağlı bizim bankda 194 min manat ziyan dəyib".
Sualları cavablandıran Cavanşir Rüstəmzadə Kanadada heç bir bank tanımadığını deyib.
Digər təqsirləndirilən Novruz Qulami bildirib ki, Cavanşir Rüstəmzadə ilə uşaqlıqdan dost olublar. Onun sözlərinə görə, kart hesabına pul göndəriblər, həmin pulları bankdan çıxararaq Cavanşir Rüstəmzadəyə çatdırıb: "Hər dəfə 2 min, 3 min pul çıxarmışam. Həmin pulu Cavanşirə çatdırdıqdan sonra mənə 200-300 manat verib. Pulların hardan gəldiyini bilməmişəm. Cavanşir mənim dostum olub, ona tam etibarım olub. Mənə böyük pul verməyib. Müdirin olub, bir yerdə çörək kəsmik. Həmin pulu müdirindən əməkhaqqım kimi qəbul etmişəm".
Təqsirləndirilən şəxs bildirib ki, Kanada ilə heç bir əlaqəsi olmayıb, tanışı yoxdur.
Növbəti proses yanvarın 8-də davam edəcək.
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less