“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp iş adamı İlon Maskın onun yerinə dövlət başçısı vəzifəsini icra edəcəyindən qorxmadığını deyib”.
Reportyor.tv xarici agentliklərə istinadən xəbər verir ki, ABŞ-ın gələcək dövlət başçısı bu barədə Arizona ştatının Phoenix şəhərində keçirilən konfransda danışıb.
“O, prezident olmayacaq, mən özümü təhlükəsiz hiss edə bilərəm. Bilirsinizmi niyə o ABŞ prezidenti ola bilmir? Çünki bu ölkədə doğulmayıb”,-deyə Tramp bildirib.
İlon Mask 1971-ci ildə Pretoriyada (Cənubi Afrika) anadan olub, məktəbi bitirdikdən sonra Kanadaya, sonra isə ABŞ-a köçüb. ABŞ Konstitusiyası ABŞ-dan kənarda doğulmuş vətəndaşların prezidentliyə namizəd olmasına icazə vermir.
Bundan öncə “The Washington Post” qəzeti Maskı federal hökumətin maliyyələşdirilməsi üçün qanun layihəsinin qəbulu prosesinə müdaxilə etdikdən sonra onu ABŞ-ın “kölgə prezidenti” adlandırılıb. NBC televiziyası da öz növbəsində Trampın ətrafındakıların artıq Maskın təsirindən və siyasətçinin yanında daimi mövcudluğundan bezməyə başladığına diqqət çəkib. NBC-dəki mənbənin sözlərinə görə, Mask özünü ABŞ-ın həmprezidenti kimi aparır.
Musavat.com
phrase_var_article.topics
- phrase_var_article.all_categories
- phrase_var_article.politics
- phrase_var_article.economy
- phrase_var_article.society
- phrase_var_article.culture
- phrase_var_article.war
- phrase_var_article.showbiz
- phrase_var_article.sport
- phrase_var_article.criminal
- phrase_var_article.world
- phrase_var_article.interview
- phrase_var_article.interesting
- phrase_var_article.ict
- phrase_var_article.other
- phrase_var_article.education
- phrase_var_article.auto-moto
- phrase_var_article.turizm
- phrase_var_article.analitika
- + phrase_var_article.more - phrase_var_article.less