AZ

İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq etdi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



İran XİN ölkə vətəndaşlarına Suriyaya səfərlə bağlı xəbərdarlıq edib.
"Azad İran" "Telegram" kanalının məlumatına görə, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu barədə brifinqdə açıqlama verib.
O, bildirib ki, Suriyada son günlərdə baş verən hadisələrlə bağlı olaraq İslam Respublikasının vətəndaşları Suriyaya səfər etməməlidirlər.
"Dəməşq və Livandakı səfirliklərin uğurlu səyləri, koordinasiyası sayəsində Tehran ölkə vətəndaşlarını vaxtında təxliyə edə bilib", - deyə sözçü əlavə edib.
phrase_var_article.chosen
14
1
oxu.az

2phrase_var_article.sources