Rusiya Federasiyasında keçmiş Abakan Təcrübə-Mexanika Zavodunda qaynaq işləri zamanı baş verən partlayış nəticəsində iki nəfər ölüb, daha dörd nəfər yaralanıb.
Söz.az REN TV-yə istinadən xəbər verir ki, hadisə Xakasiya Respublikasının Abakan şəhərində baş verib. Müəssisədən 4 nəfər təxliyə edilib.
Partlayış təhlükəsizlik qaydalarının pozulması səbəbindən baş verib.
Respublika başçısı Konovalov bildirib ki, xilasedicilər və hüquq-mühafizə orqanlarının əməkdaşları hadisənin başvermə şəraitini müəyyənləşdirirlər.