Kuba yaxınlığında 5,9 bal gücündə zəlzələ baş verib.
Söz.az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri təxminən 53 min nəfər əhalisi olan Bartolome Maso şəhərindən 52 km cənub-şərqdə yerləşib.
Zəlzələ yerin 13 km dərinliyində olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.