AZ

Prezidentdən əmək pensiyası ilə bağlı sərəncam - Artırıldı

Əmək pensiyasının minimum məbləği 320 manata çatdırılacaq.
ONN media xəbər verir ki, bununla bağlı prezident İlham Əliyev sərəncam imzalayıb.
Sərəncama əsasən, Nazirlər Kabineti əmək pensiyasının minimum məbləğinin 2025-ci il fevralın 1-dən 320 manata çatdırılmasına dair təkliflərini bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Qeyd edək ki, əmək pensiyasının minimum məbləği 2023-cü il fevralın 1-dən 280 manat məbləğində müəyyən olunub.

ONN İnformasiya Agentliyi
phrase_var_article.chosen
17
30
onn.az

10phrase_var_article.sources