Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Pakistanın Azərbaycandakı səfiri Qasım Mohiuddini qəbul edib.
ONN media xəbər verir ki, bu barədə səfir X hesabında yazıb.
"Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə görüşdüm. Biz bütün sektorlarda Pakistan-Azərbaycan əməkdaşlığını daha da inkişaf etdirməyə sadiqik", - diplomat əlavə edib.
ONN İnformasiya Agentliyi