AZ

XİN-dən bu səfirliyə sərt cavab

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə ABŞ səfirliyinə cavab verib.
ONN media xəbər verir ki, bu barədə Ayxan Hacızadə X hesabında paylaşım edib.
'Bir sözlə, özünü ifadə azadlığının müdafiəçisi kimi təqdim edən ABŞ tərəfinin media azadlığına qarşı dözümsüzlüyü heyrət doğurur.
Görünən odur ki, ABŞ-ın indiki administrasiyası bütün vasitələrlə xarici əlaqələrinə, xüsusən də Azərbaycanla münasibətlərinə xələl gətirmək məqsədini güdür, xəyali və mifik iddialar üzərində dayanır", - Ayxan Hacızadə vurğulayıb.
Qeyd edək ki, ABŞ səfirliyi AzTV-nin tənqidi süjetinə reaksiya vermişdi.
ONN İnformasiya Agentliyi
Seçilən
22
18
onn.az

10Mənbələr