AZ

Azər Zahid və “tiktok”erlər niyə saxlanılıb? — Ekspertdən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, “TikTok” sosial şəbəkəsində müxtəlif adlar altında əyləncə yarışları təşkil etməklə əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən tədbirlər görülüb və bir neçə “tiktok”er saxlanılıb. 

Mövzu ilə bağlı Demokrat.az-a açıqlama verən Mətbuat Şurası İdarə Heyətinin üzvü, Şuranın sosial media ilə əlaqələr komissiyasının sədri Hacıbəy Heydərli bildirib ki, “tiktok”erlərin saxlanılmasına səbəb cəmiyyətin haqlı narazılığı  olub: 

“Hər kəsə məlumdur ki, “Tiktok” sosial şəbəkəsində milli-mənəvi dəyərlərimizə zidd, qeyri-etik, cəmiyyətə açıq hörmətsizlik edilən canlı yayımlar mövcuddur. Uzun müddətdir ki, bununla bağlı müvafiq qurumlar tərəfindən ciddi və ardıcıl tədbirlər görülür. Bu günə qədər xeyli “tiktok”çu saxlanılıb, bir neçəsi cərimlənib. Ancaq görünən odur ki, bəzi şəxslər bu cəzalardan, inzibati həbslərdən dərs almayıblar. 

O qeyd edib ki, əxlaqsızlığı təbliğ edən şəxslərə qarşı ardıcıl tədbirlər görülür: 

“Bu gün saxlanılan “tiktok”erlər son zamanlar canlı yayımlarda müxtəlif adlarla “realiti şou”lar təşkil edən şəxslərdir. Onların həmin yayımlarında qeyri-etik ifadələr, milli-mənəvi dəyərlərimizə zidd söhbətlər cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmırdı. Son günlər istər cəmiyyətdə, istər sosial şəbəkələrdə, istərsə də mediada həmin şəxslərin cəzalanması ilə bağlı çağırışlar edilirdi. Çox sevindirici haldır ki, dövlət qurumlarımız da bu məsələyə operativ və çevik reaksiya verdi, həmin şəxslərlə bağlı tədbirlər görüldü”.

Hacıbəy Heydərli bildirib ki, “Tiktok” sosial şəbəkəsi bir çox ölkədə məhz bu cür yayımlara və paylaşımlara görə qadağan edilib:

“Bilirsiniz ki, “Tiktok” bəzi ölkələrdə blok edilib, bunun da səbəbi məhz əxlaqsızlığı təbliğ edən yayımlar və paylaşımlardır. Həmin ölkələrdə gənclərin və yeniyetmələrin tərbiyəsini pozduğu səbəbi ilə “Tiktok” bloklanıb. Anoloji addımın ölkəmizdə də atılması ilə bağlı bəzi hallarda çağırış edilir. Bu da səbəbsiz deyil, çünki “tiktok”un alqoritmi elə qurulub ki, burada yayılan hansısa əxlaqsız video, hansısa qeyri-etik paylaşım bir anda milyonlarla insanın qarşısına çıxa bilər. Düşünürəm ki, maarifləndirmə və ciddi tədbirlərlə “tiktok”da bu cür neqativ hallarını qarşısını ala bilərik”.

Leyla
Demokrat.az
Seçilən
16
2
demokrat.az

3Mənbələr