AZ

Azərbaycanda nişan mərasimini yasa çevirən dəhşətin TƏFƏRRÜATI

Azərbaycanda baş vermiş dəhşətli hadisənin TƏFƏRRÜATI

Ajans.az Xəzər TV-yə istinadən xəbər verir ki, Ağstafada ötən gün törədilmiş qətlin təfərrüatı məlum olub.

Rayonun Vurğun qəsəbə sakini, 23 yaşlı Valeh Qədimov həyat yoldaşı 19 yaşlı Mədinə Qədimovanı qətlə yetirməkdə şübhəli bilinir.

Mədinə Qədimovanın valideynləri bildiriblər ki, ər-arvad arasında əvvəllər də münaqişələr olub.

Valeh isə ailəsi ilə barışmaq üçün tez-tez qayınatasıgilə gedib.

Mərhumun yaxınlarının iddialarına görə, Valeh Qədimov qayınanasıgili nişan mərasiminə apardıqdan sonra evə qayıdıb. Bu dəfə o, evdə heç kimin olmadığı vaxt hadisəni törədib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Seçilən
199
8
Ajans.az

10Mənbələr