2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Tuzla limanı 918 gəmi qəbul edib.
Fins.az xəbər verir ki, bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Nazirliyin məlumatına əsasən, həmin dövr ərzində Tuzla limanı Türkiyə bayrağı altında üzən 682 gəmi, digər ölkələrin bayraqları altında isə 236 gəmi qəbul edib.
2024-cü ilin noyabr ayında Türkiyə limanları ümumilikdə 32 milyon 470 min 94 ton yük qəbul edib. Bu dövrdə Türkiyə bayrağı altında üzən gəmilər daxili limanlara 2 milyon 436 min 123 ton yük gətirib.
“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə daşınan yüklərin miqdarı 30 milyon 33 min 971 ton təşkil edib”, – deyə nazirlik məlumat verib.
Eyni zamanda, noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton tranzit yük daşınıb.
Nazirliyin açıqlamasına görə, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarına ümumilikdə 363 milyon 841 min 53 ton yük qəbul edilib.
Bu dövr ərzində:
- Türkiyə bayrağı altında üzən gəmilərlə 27 milyon 488 min 32 ton yük daşınıb.
- Digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 336 milyon 353 min 21 ton yük qəbul edilib.
Həmçinin 2024-cü ilin ilk 11 ayında Türkiyə limanlarından 63 milyon 524 min 718 ton tranzit yük daşınıb.
Noyabr ayında Türkiyə limanları ümumilikdə 4 min 373 gəmi qəbul edib. Bu gəmilərin:
- 1 min 407-si Türkiyə bayrağı altında,
- 2 min 966-sı isə digər ölkələrin bayraqları altında üzən gəmilər olub.
2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları ümumilikdə 56 min 86 gəmi qəbul edib. Bu müddət ərzində:
- Digər ölkələrin bayraqları altında üzən gəmilərin sayı 36 min 550,
- Türkiyə bayrağı altında üzən gəmilərin sayı isə 19 min 536 olub.