AZ

20 min avro maaş alırdı, kitab satıb 20 milyon qazandı

Son zamanlar xatirə kitabı ilə gündəmdə olan Almaniyanın keçmiş kansleri Angela Merkel sözün əsl mənasında sərvət qazanıb. 

Söz.az xarici KİV-ə istinadən xəbər verir ki, vəzifədə olarkən 20 min avro maaş alan Merkelin 42 avroya satdığı kitabının ilk nəşri tükənib. 

Onun satışdan 20 milyon avro qazandığı bildirilib. 

Kitabı çap etdirən nəşriyyat mətbəəyə 200 min kitablıq yeni sifariş verib. 

Kitabın gəlirinin 40 milyon avronu keçəcəyi gözlənilir.

phrase_var_article.chosen
13
soz.az

1phrase_var_article.sources