AZ

Sözü və əməli bir olan Lider

Prezident İlham Əliyevin liderliyi altında qazanılan şanlı Zəfər ölkədə milli birliyi gücləndirdi və xalqın ona olan etimadını artırdı

 Azərbaycanın beynəlxalq arenada etibarlı tərəfdaş kimi tanınması, iqtisadi inkişafını dəstəkləyir və müstəqil xarici siyasətinin əsas prinsiplərindən biri olaraq önə çıxır. Bu da ölkənin strateji maraqlarını qorumaq və mövcud çağırışlara cavab vermək baxımından əhəmiyyətlidir. Prezident İlham Əliyevin praqmatik xarici siyasəti, Azərbaycanın beynəlxalq münasibətlər sistemindəki mövqeyini gücləndirmişdir. Bu yanaşma, ölkənin strateji tərəfdaşlarla, o cümlədən regional və qlobal güclərlə münasibətlərini dərinləşdirmiş, eyni zamanda iqtisadi və təhlükəsizlik sahəsində əməkdaşlığı artırmışdır. Həyata keçirilən praqmatik xarici siyasət ölkəmizə beynəlxalq münasibətlər sistemində etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz 2012-ci ildə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.

Prezident İlham Əliyevin peşə fəaliyyəti onu dünya miqyasında tanınmış dövlət xadimi səviyyəsinə qaldırmışdır. Onun rəhbərliyi altında Azərbaycan, iqtisadi inkişaf, enerji təhlükəsizliyi və regional əməkdaşlıq sahələrində mühüm irəliləyişlər əldə etmişdir. İlham Əliyev, xüsusilə enerji sahəsindəki strateji layihələr, məsələn, TANAP və TAP layihələrinin həyata keçirilməsi ilə Azərbaycanın Avropada enerji təminatçısı kimi rolunu gücləndirmişdir. Eyni zamanda, münaqişələrin həlli istiqamətindəki diplomatik səyləri, regional sabitliyin qorunmasına yönəlmiş təşəbbüsləri və beynəlxalq təşkilatlarla olan əməkdaşlığı, onun beynəlxalq aləmdəki nüfuzunu artırmışdır. Bu faktorlar, Prezident Əliyevi müasir dövrün önəmli siyasi fiqurlarından biri halına gətirmişdir. Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi olub. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə Partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Prezident İlham Əliyev etibarlı münasibətlərin formalaşmasına yönəlmiş bir sıra islahatlar həyata keçirmişdir. Bu islahatlar, siyasi, iqtisadi və sosial sahələrdə modernləşmə, şəffaflığın artırılması və beynəlxalq standartların tətbiqi ilə əlaqədardır. İqtidar-müxalifət münasibətlərinin sağlam təməllər üzərində inkişaf etdirilməsi Prezident İlham Əliyevin dövlət siyasətini xarakterizə edən əsas göstəricilərdən biridir. Prezident İlham Əliyevin tapşırığı əsasında üzvlərinin sayından, ölkə ərazisini əhatə vəziyyətindən, siyasi çəkisindən və hər hansı digər amildən asılı olmayaraq ölkədəki bütün siyasi partiya rəhbərləri ilə davamlı şəkildə keçirilən görüşlər demokratik ənənələrin dərinləşməsinə xidmət edən təcrübədir. Xüsusilə, iqtisadiyyatın diversifikasiyası, xarici investisiyaların cəlb edilməsi və strateji tərəfdaşlarla ticari əlaqələrin gücləndirilməsi istiqamətində atılan addımlar, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınmasına kömək edir. Eyni zamanda, diplomatik münasibətlərin inkişafı, regional əməkdaşlıq layihələrinin həyata keçirilməsi və münaqişələrin sülh yolu ilə həlli istiqamətindəki səylər də bu islahatların bir hissəsidir. Bu yanaşma, ölkənin beynəlxalq imicini müsbət yöndə formalaşdırır.

 Prezidenti İlham Əliyev təhsili ölkənin inkişafında mühüm amil kimi görür və bu sahədə bir sıra inamlı addımlar atmışdır. Prezidentin təhsil strategiyası, gənc nəsilin beynəlxalq standartlara uyğun bilik və bacarıqlarla təchiz olunmasını hədəfləyir. Təhsilin keyfiyyətinin artırılması, müasir tədris metodlarının tətbiqi və yeni məktəb binalarının inşası, eyni zamanda, yüksək ixtisaslı müəllim heyətinin hazırlanması kimi islahatlar həyata keçirilmişdir. Eyni zamanda, Prezident İlham Əliyev, Azərbaycan ali təhsil müəssisələrinin beynəlxalq reytinqlərdə yerini artırmaq üçün müxtəlif proqramlar tətbiq edir. Ölkədə dövlət tərəfindən həyata keçirilən təqaüd sistemləri, xarici təhsil imkanları və elmi tədqiqatların dəstəklənməsi, gənclərin inkişafı və innovativ düşüncə tərzinin formalaşması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu yanaşmalar, Azərbaycanın gələcək inkişafını təmin edən əsas faktorlardan biridir.

2024-cü ilin fevralında keçirilən prezident seçkiləri ilə bağlı Prezident İlham Əliyevin mütləq qələbəsi, onun siyasi fəaliyyəti, həyata keçirdiyi islahatlar və ölkənin inkişafı üçün atdığı addımlarla əlaqəlidir. Prezidentin siyasi irsinin, iqtisadiyyatda əldə olunan nailiyyətlərin və beynəlxalq aləmdə qazandığı nüfuzun, seçki prosesində müsbət təsir göstərib. Prezident İlham Əliyev bu ilin 14 fevralında Milli Məclisdə andiçmə mərasimində deyib ki, bu prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir: “Mən, bildiyiniz kimi, səsvermə prosesində Xankəndidə iştirak etmişdim. Mən Azərbaycanın istənilən yerində səs verə bilərdim, ancaq hesab etdim ki, Xankəndidə səs verməyim daha düzgün olar.... Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi. Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi”. Əgər seçki kampaniyası dövründə bu müsbət göstəricilər davam etmişdir. Buna görə də cənab İlham Əliyev seçkilərdə qalib gəlmişdir. Bu, həm də ölkənin davamlı inkişafını, siyasi sabitliyi və strateji tərəfdaşlıqları gücləndirmək baxımından əhəmiyyətlidir.

Prezident İlham Əliyevin sözü və əməli arasında bir əlaqə var. O, öz çıxışlarında və siyasətində davamlı olaraq ölkənin inkişafı, iqtisadiyyatın gücləndirilməsi və sosial məsələlərin həlli ilə bağlı fikirlərini ifadə edir. Bu prinsiplər onun rəhbərliyi altında həyata keçirilən siyasətdə özünü göstərir. 20 il bundan əvvəl Prezident seçilmiş İlham Əliyev doğma xalqına müraciət edərək söz vermişdir ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək və Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyev Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağını qaldırdı. Hər bir liderin sözü və əməlinin birliyi, cəmiyyətin etimadını artırmaqda mühüm rol oynayır. 44 günlük Vətən müharibəsindəki qələbə Prezident İlham Əliyevin xalq arasında inamını və gücünü ciddi şəkildə artırdı. Bu müharibə, Azərbaycanın müstəqil siyasət yürütmə qabiliyyətini və ordunun gücünü nümayiş etdirdi. Prezidentin liderliyi altında qazanılan bu tarixi uğur, həmçinin ölkədə milli birliyi gücləndirdi və xalqın ona olan etimadını artırdı. Bu qələbə, eyni zamanda, Azərbaycanın beynəlxalq arenada daha möhkəm yer tutmasına da kömək etdi.

 

K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun PHŞ-nin Uşaq Bərpa Mərkəzinin Təsərrüfat bölmə müdiri Ağayev Nəbi Baba oğlu

 

Seçilən
86
50
azerforum.com

10Mənbələr