AZ

ABŞ-ın keçmiş prezidenti Klinton yüksək hərarətlə xəstəxanaya yerləşdirilib

ABŞ-ın keçmiş prezidenti Bill Klinton yüksək hərarətlə xəstəxanaya yerləşdirilib.

NBC News-un məlumatına görə, Klintonda qızdırma yaranıb və testdən keçmək qərarına gəlib.

“Keçmiş prezident yaxşı olacaq… O, şüurlu və ayıqdır”, – telekanal eks-prezidentin köməkçisindən sitat gətirir.

Bundan əvvəl Braziliya prezidenti Luiz İnasiu Lula da Silva San-Pauludakı xəstəxanadan evə buraxılıb.

Qeyd olunur ki, maqnit-rezonans tomoqrafiyası zamanı onun oktyabr ayında aldığı zədə nəticəsində kəllədaxili qansızma olduğu üzə çıxıb. Braziliya lideri hematomu çıxarmaq üçün kraniotomiya əməliyyatı keçirib.

DOĞRU.AZ

Seçilən
17
dogru.az

1Mənbələr