AZ

Qızdırma 190 nəfərin həyatına son qoydu

Afrikanın ən sıx məskunlaşdığı Nigeriyada heyvanlardan insanlara keçən Lassa qızdırması səbəbiylə bu il 190 nəfər ölüb.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin (NCDC) direktoru Jide İdris məlumat verib.

İdris bildirib ki, bu il ölkədə 9492 şübhəli Lassa qızdırması hadisəsi aşkarlanıb və onlardan 1154-ü testlərdə müsbət çıxıb.

Hökumət ölkə daxilində epidemiya səbəbiylə 3 dərmanın müəyyən edildiyini açıqlayıb.

Qeyd edilib ki, epidemiya ilk dəfə 1969-cu ildə Borno əyalətində aşkarlanıb.

Nuriyyə Musayeva

Seçilən
42
bakivaxti.az

1Mənbələr