AZ

TRAMP DAHA BİR ÖLKƏNİN ƏRAZİSİNƏ "GÖZ QOYDU" - Ölkə ayağa qalxdı, ABŞ bayraqlaı və rampın plakatları yandırılır, dövlət başçısı "ərazimizi sonadək qoruyacağıq" deyir

ABŞ-ın yeni prezidenti Donald Trampın Panama kanalının ABŞ-a qaytarılmasını tələb etməsi böyük gərginliyə yol açıb.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, onun yanvarın 20-də postuna oturandan sonra Panama kanalının ABŞ-a qaytarılması üçün çalışacağını deməsindən sonra Panama dövlətində böyük ertiraz dalağası başlayıb.

Məlumata görə, Panamanın həmkarlar ittifaqına daxil olan təşkilat mənsubları artıq küçələrə axışaraq Trampa etiraz edirlər: "Paytaxt küçələrində Trampın plakatlarına, ABŞ-ın bayraqlarına od vurulur, əleyhinə şüarlar səsləndirilir".

Panama prezidenti Xose Raul Mulinoya etirazılara dəstək bəyanatı verib: "Donald Trampın təhdidlərini qətiyyətlə rədd edirik. Bu bölgə panamalılara məxsusdur. Biz suverenliyimizi və kanalımızı qoruyacağıq".

Samir Musayev
MİA.AZ

Seçilən
6
1
mia.az

2Mənbələr