AZ

Haluk Levent yenidən xəstəxanaya yerləşdirildi

Türkiyəli rok ifaçısı Haluk Levent xəstəxanaya aparılıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna onun döş qəfəsindəki ağrılar səbəb olub.

Müğənninin həkimi professor Mehmet Vefik Yazıcıoğlunun verdiyi açıqlamaya görə, 56 yaşlı Leventin sağlamlıq vəziyyəti bu gün ediləcək angioqrafiyadan sonra bəlli olacaq.

Qeyd edək ki, həm də Anadolu Xalq və Sülh Platforması (AHBAP) dərnəyinin qurucusu olan Haluk Levent bu ilin iyulunda Antalyada verdiyi konsertdən sonra döş qəfəsində ağrı və təngnəfəslik səbəbiylə xəstəxanaya aparılmışdı. O, müayinələrdən sonra ertəsi gün evə buraxılmışdı.


Seçilən
9
2
qafqazinfo.az

3Mənbələr