AZ

“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edilib

"TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edən şəxs həbs edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini "TikTok” sosial şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Ziyadov Xanlar saxlanılıb.

"Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə "TikTok" sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb. Faktla bağlı Bərdə Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib. Araşdırmalar davam etdirilir", - məlumatda qeyd olunub.
 
 
 

Seçilən
8
49
7news.az

10Mənbələr