AZ

Xankəndidə nazirlik əməkdaşı öldü: İntihar edib? - Rəsmi

Elm və Təhsil Nazirliyinin Qarabağ Regional Təhsil İdarəsinin əməkdaşı Nəcəf Həsənov intihar edib.

Olaylar Modern.az-a istinadən xəbər verir ki, o Xankəndi şəhərində müəllimlərin yaşadığı çoxmənzilli yaşayış binasında həyatına son verib.

Mərhumun yaxınlarının verdiyi məlumata görə, N.Həsənov bir neçə gündür ki, özünü narahat hiss edirmiş.

Meyit müayinə üçün morqa aparılıb. Tibbi ekspertizanın nəticələrindən sonra ölümün səbəbi açıqlanacaq.

Qeyd edək ki, Nəcəf Həsənov Təhsil İdarəsinin Xocalı rayon sektorunda aparıcı məsləhətçi kimi çalışırdı.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
9
olaylar.az

10Mənbələr