AZ

Səhiyyə Nazirliyində əməliyyat keçirilib - çox sayda SAXLANILANLAR VAR

SeherXeber.org Bakupost.az-a istinadən məlumat verir ki, əməliyyat zamanı 6 nəfər vəzifəli şəxs saxlanılıb.

Onlardan biri nazirliyin İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovadır.

Qeyd edək ki, Səidə Rüstəmovanın adı son günlərdə saxta sertifikat məsələsində hallanırdı.

Bildirilib ki, əməliyyat ölkədə geniş rezonans doğuran saxta plastik cərrahlarla bağlı məsələ ilə əlaqədardır.

Qeyd edək ki, plastik cərrahlara saxta sertifikatların verilməsi ilə bağlı məsələdə Səhiyyə Nazirliyinin yüksəkvəzifəli məmurlarının - nazir müavini İlqar Qasımov və İnsan resursları, elm və təhsil şöbəsinin müdiri Səidə Rüstəmovanın adı hallanırdı.

Seçilən
11
15
seherxeber.org

10Mənbələr