Peşəkar mühafizə xidməti “Security Operation Services” (SOS) MMC-də qarşıdan gələn 31 dekabr “Dünya Azərbaycanlılarının həmrəylik günü” ilə əlaqədar “Qanımız bir, canımız bir” devizi ilə könüllü qanvermə aksiyası keçirilib.
"AzPolitika" xəbər verir ki, "SOS" MMC-nin 60-a yaxın əməkdaşı hemofiliya, talassemiya və digər qan xəstəliklərindən əziyyət çəkənlərə yardım məqsədi ilə Respublikada artıq ənənə halını alan bu nəcib aksiyada bu il ikinci dəfə iştirak edib.Belə ki, 23.12.2024-cü il tarixində MMC-nin baş ofisinin inzibati binasında Respublika Qan Bankı Publik hüquqi şəxsin xüsusi tibbi briqadasının həkim-hemotoloqları (Həkim Nərmin Mirzəyeva, laborant Xeyransa Əsədullayeva, tbb bacısı Billurə Hacıbəyova və qeydiyyatçı Səbinə Əliyevadan ibarət tərkibdə) donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər.Tibb briqadasına rəhbərlik edən həkim N.Mirzəyeva aksiyada iştirak edənlərə qan xəstəliklərindən əziyyət çəkənlər üçün könüllü donor olan qan verməyin əhəmiyyətindən, məramından danışıb və bu aksiyanın böyük xeyirxahlıq ifadəsi olduğunu bildiribdir. Donorlara o da izah edilib ki, bu həm də, insanın öz sağlamlığı baxımından əhəmiyyətlidir.MMC-nin direktoru Anar Məmmədov həyata keçirilən növbəti qan vermə aksiyası ilə əlaqədar deyib ki, şirkətimiz üçün artıq ənənəvi xarakter alan bu qanvermə aksiyasında könüllülük prinsipi əsasında fiziki cəhətdən sağlam olan ümumilikdə 60 nəfər əməkdaş iştirak edib.Qanverən şəxslər ilk olaraq həkim müayinəsindən keçirilərək onların təzyiqi yoxlanılıb, bədən hərarəti ölçülərək həmin şəxslərin qan verib-verə bilməyəcəyi həkim briqadası tərəfindən müəyyənləşdirilməklə əməkdaşlarımıızn aksiyaya qoşula biləcəyinə dair müsbət rəy verilib. Daha sonra onların hər birindən qaydalara uyğun olaraq 300 ml qan götürülüb.Onu da qeyd edək ki, götürülmüş qan nümunələri laboratoriyada bir daha müayinə edildikdən sonra qana ehtiyacı olan xəstələrin müalicəsində istifadə olunacaq."AzPolitika.info"