Ukraynada silahlı münaqişə 2025-ci ildə başa çatacaq.
Söz.az “Magyar Nemzet” qəzetinə istinadən xəbər verir ki, bunu müsahibəsində Macarıstanın baş naziri Viktor Orban deyib.
"Ukraynadakı müharibə 2025-ci ildə başa çatacaq. O, ya sülh sazişi, ya da döyüşən tərəflərdən birinin məhvi ilə yekunlaşacaq", - deyə hökumət başçısı bildirib.