İran şirkətləri yanvarın 22-nə qədər Suriyaya bütün aviareysləri ləğv ediblər.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı İranın Mülki Aviasiya Təşkilatının rəhbəri Hüseyn Purfarzane açıqlayıb.
Bildirilib ki, buna səbəb Suriyanın yeni rəhbərliyi ilə iki ölkə arasında hava əlaqəsinin razılaşdırılmamasıdır.
Onun sözlərinə görə, hava əlaqəsinin bərpa edilməsi üçün təyinat ölkəsinin razılığı tələb olunur.
Xatırladaq ki, bundan əvvəl Suriyanın yeni hökumətinin ölkə səmasının İran təyyarələrinə bağlanmasına qərar verdiyi barədə məlumat yayılıb.