AZ

"Mən həyat yoldaşımı bağışlayıram" - Ərini öldürmək istəyən qadının məhkəməsi

Bakının Nizami rayonunda ərini qətlə yetirməkdə təqsirli bilinən Aynur Nağıyevanın cinayət işi üzrə hazırlıq iclası  keçirilib.

"Unikal"ın məlumatına görə,  Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə zərərçəkmiş qismində tanınan Sakit Nağıyev arvadından şikayətçi olmadığını deyib. 

Təqsirləndirilən şəxsin vəkili Nicat İmanzadə vəsatətlə çıxış edib. Vəkil qeyd edib ki, təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışıb, himayələrində iki azyaşlı övladı var. O, təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirin dəyişdirilməsi barədə vəsatət verib.

Vəkil həmçinin cinayət işinin ibtidai istintaqa qaytarılmasını barədə vəsatət verib. Nicat İmanzadə deyib ki, cinayət işi  ibtidai istintaq dövründə obyektiv araşdırılmayıb. Vəkil deyib ki, ilkin olaraq Aynur Nağıyeva müdafiəçi ilə təmin olunmayıb, yalnız bir gün sonra müdafiəçi işə dəvət olunub. Vəkil cinayət işinin ibtidai istintaqa qaytarılması ilə yanaşı, həm də müstəntiqin barəsində xüsusi qərardad çıxarılmasını xahiş edib.

Zərərçəkən Sakit Nağıyev həyat yoldaşını bağışladığını, 2 azyaşlı övladını böyütmək çətin olduğunu məhkəmənin nəzərinə çatdırıb.

Məhkəmə prosesi yanvar ayının 7-nə təyin edilib. 

Qeyd edək ki, Bakının Nizami rayonu ərazisində əri, 1979-cu il təvəllüdlü Sakit Nağıyevi öldürməyə cəhd etməkdə şübhəli bilinən Aynur Nağıyeva saxlanılıb.

Araşdırma zamanı 1998-ci il təvəllüdlü Aynur Nağıyevanın birgə yaşadıqları evdə əri Sakit Nağıyevə kəsici-deşici alətlə xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Aynur Nağıyevanın barəsində Cinayət Məcəlləsinin 29, 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Seymur Əli

Seçilən
20
50
unikal.az

10Mənbələr