AZ

Arda Güler 1-ci, Nəriman Axundzadə 7-ci yerdə

Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Nəriman Axundzadə 2024-cü ilin yaşı 21-dən aşağı olan ilin ən yaxşı göstəriciyə sahib futbolçular arasındadır.

Apasport.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ilin yekunlarına dair hesabat hazırlayıb.

CIES 64 liqada 2004-cü il və daha sonra anadan olmuş oyunçularla bağlı araşdırma aparıb.

20 yaşlı Nəriman Axundzadə, sağ vingerlərə ən çox məhsuldar ötürmə verən və qapıya zərbə vurmaq üçün imkan yaradan futbolçular arasında yer alıb. O, bu göstəriciyə görə 75.1 əmsalla 7-ci sırada qərarlaşıb.

İlk sırada 81.4 əmsalla Türkiyə yığmasının və "Real"ın futbolçusu Arda Gülər yer alıb.

Qeyd edək ki, Nəriman Axundzadə 2024/2025 mövsümündə Misli Premyer Liqasında 7, UEFA Çempionlar Liqasının təsnifat mərhələsində 2 assistlə yadda qalıb.

Bəxtiyar Musayev: "Juninyodan zəif futbolçular o cür klublarda oynayırlar"

"Qarabağ" isveçrəli ulduzun transferindən imtina etdi - EKSKLÜZİV

Cəlal Hüseynov "Şamaxı"da da qalmayacaq - Özəl

Vaqif Cavadov onu komandadan göndərdi - Rəsmi

"Zirə" Bakıda qış təlim-məşq toplanışı keçəcək

Seçilən
4
apasport.az

1Mənbələr