"Azərsun" Holdinqə məxsus olan "Al Market" Şəmkir rayonunda məhkəmə qarşısına çıxarılacaq...
Poliqon xəbər verir ki, yanğın qaydalarını pozduğuna görə məhkəməyə verilən "Al Market" MMC-yə qarşı proses bu gün baş tutub.
İşə Şəmkir rayon Məhkəməsinin hakimi Həvayət Məhəmmədi baxacaq.
Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi ilə bağlı "Al Market" MMC-nin cərimələnməsi gözlənilir.
Qeyd edək ki, "Al Market" MMC "Azərsun" Holdinqə aiddir və şirkət ölkə miqyasında yüzlərlə marketlər şəbəkəsinə sahibdir.
Poliqon.info