AZ

Saakaşvilinin məhkəməsi keçirildi - Azadlığa buraxılması tələb edildi


Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Gürcüstanın dövlət sərhədini qanunsuz keçmək işi üzrə növbəti məhkəməsi keçirilib.

Bakupost.az xəbər verir ki, Saakaşvilinin vəkili Beka Basilaya həbs qətimkan tədbirinin ləğv edilməsini xahiş edib.

O, sübutların tədqiqinin başa çatdırıldığını, ona görə də həbs qətimkan tədbirinin tətbiqi üçün əsas qalmadığını bildirib. Lakin, dövlət ittihamçısı vəsatətlə razılaşmayıb. Prokurorun sözlərinə görə, həbs-qətimkan tədbirinin tətbiqi müəyyən təhdidlərlə əlaqədardır və bu yalnız sübutların məhv edilməsi ilə bağlı deyil.


Hakim Mixeil Cincolia müttəhimin yeni cinayətlər törətməsinin və qaçma təhlükəsizinin mövcudluğunu nəzərə alaraq vəsatəti təmin etməyib.
Xatırladaq ki, sabiq Prezident Mixail Saakaşvilinin dövlət sərhədini qanunsuz keçməsi ilə bağlı istintaq 2021-ci il oktyabrın 1-də başlayıb.

Seçilən
10
2
bakupost.az

3Mənbələr