Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) 2024-cü ilin 21 yaşadək ən yaxşı futbolçularının siyahısını hazırlayıb.
"Unikal" xəbər verir ki, 64 liqada 2004-cü il və daha sonra anadan olmuş sağ vingerlər arasında Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Nəriman Axundzadə də var.
O, ən çox məhsuldar ötürmə verən və qapıya zərbə vuran futbolçuların sıralamasında 75.1 xalla 7-ci yeri tutub. Siyahının 1-ci pilləsində isə Türkiyə yığmasının və "Real"ın futbolçusu Arda Gülər (81.4 xal) yer alıb.
Qeyd edək ki, Nəriman Axundzadə bu mövsüm "Qarabağ"ın heyətində bütün turnirlərdə 20 oyunda meydana çıxıb, 4 qol vurub və 9 qolun ötürməsini edib.