AZ

Tbilisi meri: "Gürcüstan Ukrayna ssenarisində iştirakdan imtina etdikdən sonra sərfəli olmadı"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Dövlət maraqlarının müdafiəsinə gəlincə, hakim partiya hər zaman prinsipial olacaq".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu sözləri Gürcüstanın hakim Gürcü Arzusu - Demokratik Gürcüstan Partiyasının baş katibi, Tbilisi meri Kaxa Kaladze şəhərin 2025-ci il büdcə layihəsini şəhər məclisinə təqdim edərkən deyib.
"Ukrayna hadisələri başlayandan sonra xarici qüvvələr Gürcüstana maraq göstərməyə başladılar. Gürcüstandan onların maraqlarının poliqonu kimi istifadə edilməli idi. Gürcüstanın zəiflədilməsindən, üstəlik, qondarma dostların göstərişlərini yerinə yetirməkdən boyun qaçıran Gürcü Arzusunun hökuməti onlar üçün qəbuledilməz oldu", - deyə Kaladze bildirib.
Şəhər merinin sözlərinə görə, buna görə ölkəyə böyük təzyiqlər edilib.
"Ölkəmizə və hökumətə misli görünməmiş təzyiqlər edilib ki, biz ölkəmizin maraqları, əhalinin dinc gələcəyi naminə deyil, digər böyük dövlətlərin maraqlarını nəzərə alaraq hərəkət edək və bu da dövlətimizin təhlükəsizliyi üçün aşkar risklər təşkil edirdi", - deyə o əlavə edib.
Kaladzenin sözlərinə görə, hakim partiya yüksək məsuliyyət, siyasi yetkinlik nümayiş etdirib və bütün dünyaya göstərib ki, dövlət maraqlarının müdafiəsinə gəlincə, hər zaman prinsipial olacaq.
Xatırladaq ki, 25 fevral 2022-ci ildə Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvili Rusiyaya qarşı sanksiyalar tətbiq etməyi planlaşdırmadığını bəyan edib və bunu milli maraqlarla izah edib. Həmin il martın əvvəlində Ukrayna Prezidenti Volodimir Zelenski Gürcüstan hakimiyyətinin sanksiyalarla bağlı mövqeyinə görə öz səfirini Tbilisidən geri çağırıb. Gürcüstan hökumətinin bu qərarını müxalifət də tənqid edib və respublika hakimiyyətini Rusiya Federasiyası ilə əməkdaşlıqda ittiham edib.
Seçilən
18
50
oxu.az

10Mənbələr