AZ

Trampın Panama kanalı və Qrenlandiya ilə bağlı dedikləri zarafat deyil

Amerika Birləşmiş Ştatlarının yeni seçilmiş prezidenti Donald Trampın Panama kanalı və Qrenlandiyaya nəzarət iddiaları ciddidir.

Musavat.com xəbər verir ki, bu barədə Amerikanın “The New York Times” qəzeti yazır.

"Trampın Qrenlandiya və Panama kanalına nəzarət etmək istəyi: bu dəfə zarafat deyil", - nəşr yazıb.

Qəzet xatırladır ki, Tramp “Amerikanın ərazisinin genişləndirilməsi” ilə bağlı planlarının olduğunu açıq şəkildə bildirərək, ABŞ-nin Panama kanalı və Qrenlandiyanı nəzarəti altına almasının həm təhlükəsizlik, həm də kommersiya maraqları baxımından əlverişli olduğunu bildirib.

NYT-yə görə, Trampın tonunda “heç bir zarafat əsəri” yoxdur.

Qəzet yazır ki, Tramp həm strateji yerləşdiyi yerə, həm də qabaqcıl texnologiyalar üçün lazım olan nadir torpaq minerallarının ehtiyatlarına görə Qrenlandiyaya əl atmağa acdır.

Tramp həmçinin Panamanı eyniadlı okeanlararası kanaldan keçən Amerika gəmilərinə həddən artıq rüsum almaqda günahlandırıb və Vaşinqtonun kanal zonasına tam nəzarəti Panamaya qaytaran 1977-ci il müqaviləsindən çıxa biləcəyini deyib.

Bundan əvvəl Kuba Xarici İşlər Nazirliyi Trampı Panama kanalı üçün təhlükə adlandırıb.

Musavat.com

Seçilən
14
musavat.com

1Mənbələr