AZ

Arid şəraitdə deflyasiya prosesinin torpaq örtüyünə təsirinə dair tədqiqat aparılıb

Bakı, 24 dekabr, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun Azərbaycanın torpaq ehtiyatları coğrafiyası şöbəsinin müdiri İsmayıl Quliyevin həmmüəllif olduğu məqalə Ukraynanın Oles Honçar Dnepr Milli Universitetinin “Journal of Geology”, “Geography and Geoecology” jurnalında dərc edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, məqalə “Arid şəraitdə deflyasiya prosesinin torpaq örtüyünə təsirinin qiymətləndirilməsi (Azərbaycan Respublikasının Xəzər dənizi sahili regionunun timsalında)” mövzusuna həsr edilib.

Tədqiqatçılar ərazinin Siyəzən-Sumqayıt massivində xarakterik müşahidə meydançaları seçib və bitki ilə örtülmə dərəcəsini, fitokütləni təyin ediblər. Çoxillik deflyasiya prosesinin torpaq örtüyünə təsirini öyrənmək üçün torpaq nümunələri götürülüb, ümumi fiziki, kimyəvi analizlər aparılıb. Məlum olub ki, ərazinin bitki ilə örtülmə dərəcəsindən asılı olaraq deflyasiya prosesinin torpaq örtüyünə təsiri dəyişir. Deflyasiya torpağın fiziki xassələrinə təsir etməklə yanaşı, həm də ərazidə şorlaşma və şorakətləşmə prosesini sürətləndirir.

 

Seçilən
13
azertag.az

1Mənbələr