AZ

Ortaç məhkəmədə aylıq qazancını açıqladı

Türkiyəli müğənni Sərdar Ortaç barəsində “qanunsuz mərc oynamağa təhrik” ittihamı ilə açılan cinayət işi çərçivəsində ilk dəfə hakim qarşısına çıxıb.

Kult.az Türkiyə mediasına istinadən xəbər verir ki, aylıq gəlirinin 500 min lirə olduğunu bildirən məşhur müğənni heç kəsi qanunsuz mərc oyunlarına təşviq etmədiyini bildirib.

O, Maltada hava limanında çəkilən videonun ondan xəbərsiz yayımlandığını qeyd edib. Müğənni video çəkən şəxslərin geyindiyi köynəklərin üzərində qumarı reklam edən yazıların olduğunun sonradan fərqinə vardığını iddia edib:

“Maltada qumarın qanuni olduğunu və geyinməyimin lazım olduğunu təkid etdilər, amma mən “heç vaxt geyinməyəcəyəm” dedim və qaçmaq istədim”.

Prokuror S.Ortaçın “Qanunsuz mərc oyunları təşviq etmək və reklam etmək” cinayətlərinə görə 3 ilə qədər həbs cəzası almasını tələb edib.

Müğəninin vəkilləri müdafiə üçün əlavə vaxt istəyib.

Məhkəmə iclası 25 fevral 2025-ci il tarixinə təxirə salınıb.

Seçilən
15
50
axar.az

10Mənbələr