AZ

Premyer Liqa təmsilçisində daha iki legionerlə bağlı son qərar verildi

Azər Bağırov "Kəpəz"də təmizləmə əməliyyatını davam etdirir.

Təcrübəli mütəxəssisin qış fasiləsində yolları ayırmaq istədiyi futbolçuların siyahısı genişdir.

İki ay əvvəl əvəzedici komandaya göndərilən Redon Mihanadan əlavə Braqa və Tural Rzayevlə ayrılıqla bağlı razılıq əldə edilməsini xəbər vermişdik.

Klubdan əldə etdiyimiz məlumata görə, siyahıda daha 2 futbolçunun adı yer alıb.

Söhbət Kərim Lkouça və Lassana Ndiayedən gedir.

Hər iki futbolçu ilə də qarşılıqlı razılıq əsasında yolların ayrılması günlərdi müzakirə olunur.

Böyük ehtimal onları da mövsümün ikinci yarısında Qərb təmsilçisinin heyətində görməyəcəyik.

XANOĞLAN/ SPORTİNFO.AZ

Seçilən
6
sportinfo.az

1Mənbələr