AZ

Prezident Silahlı Qüvvələrin əmlakı və maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqləyib

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrinin dinc və müharibə (silahlı münaqişə) dövrlərində maddi-texniki vasitələrlə təmin edilməsi ümumi qayda müəyyən ediləcək.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanuna dəyişikliyi təsdiqləyib.
Nazirlər Kabineti qeyd olunan qaydanı altı ay müddətində müəyyən edib Prezidentə məlumat verməlidir.
Seçilən
4
28
oxu.az

10Mənbələr