1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Nəriman Axundzadə yaşı 21-dən aşağı olan 2024-cü ilin ən yaxşı göstəriciyə sahib futbolçuları arasındadır.
Oxu.Az Beynəlxalq İdman Araşdırmalar Mərkəzinə (CIES) istinadən xəbər verir ki, 64 liqada 2004-cü il və daha sonra anadan olmuş oyunçularla bağlı araşdırma aparılıb.
20 yaşlı Nəriman Axundzadə sağ vingerlərə ən çox məhsuldar ötürmə verən və qapıya zərbə vurmaq üçün imkan yaradan futbolçular arasında yer alıb. O, bu göstəriciyə görə 75.1 əmsalla 7-ci sırada qərarlaşıb.
İlk sırada 81.4 əmsalla Türkiyə yığmasının və "Real"ın futbolçusu Arda Gülər yer alıb.
Qeyd edək ki, Nəriman Axundzadə 2024/2025 mövsümündə Misli Premyer Liqasında 7, UEFA Çempionlar Liqasının təsnifat mərhələsində 2 assistlə yadda qalıb.