AZ

Braziliyada əvvəllər məlum olmayan hindu tayfası AŞKARLANDI

Tədqiqatçılar Braziliyada Masako hindu tayfasının yaşadığı, mövcudluğu əvvəllər qeydə alınmayan və yalnız alimlərin fərziyyələrinə əsaslanan əraziləri kəşf edə biliblər.

Redaktor.az xəbər verir ki, bu barədə Braziliyanın “O Segredo” nəşri məlumat yayıb.

Qəzet qeyd edir ki, Braziliyanın qərbində Masako xalqının mövcudluğuna dair sübutlar olmasına baxmayaraq, onların ölkənin qərbindəki Rondoniya əyalətində məskunlaşdıqlarına dair əvvəllər birbaşa dəlil yox idi. Nəşr həmçinin Amazon meşəsində ov edən hinduların görüntülərini dərc edərək, bunların “əvvəllər heç vaxt sənədləşdirilməmiş Amazon etnik qrupunun mövcudluğunu sübut edən görünməmiş görüntülər” olduğuna diqqət çəkib.

"The Guardian" qeyd edir ki, fotoşəkillər braziliyalı çobanların təzyiqlərinə baxmayaraq inkişaf edən təcrid olunmuş icmanı aşkar edir.

Eyni zamanda, indi, kəşfdən sonra, elm adamlarının gələcək tədqiqatlara yüksək marağı səbəbindən hindlilərin əvvəlki yaşayış şəraiti təhlükə altında ola bilər ki, bu da ətraf mühitə zərər verə bilər. "Təcrid olunmuş yerli xalqların hüquqlarına hörmət tropik meşələrin qorunması üçün də əsasdır", - deyə ətraf mühit üzrə tədqiqatçı Paulo Moutinyo bildirib.

Turan İSMAYIL

Seçilən
18
redaktor.az

1Mənbələr