AZ

Dələduzluq edən qadına hökm oxundu

Dələduzluqda ittiham olunan İlahə Yaşar qızı Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Axar.az Report-a istinadən məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 7 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, İlahə Əhmədova Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə ittiham edilib.

Seçilən
9
22
axar.az

10Mənbələr