Peşə məktəbində kütləvi zəhərlənmə olub - (Yenilənib)
Tovuzda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Reyting.az-ın xəbərinə görə, hadisə rayonda yerləşən Tovuz Peşə Təhsili Mərkəzində qeydə alınıb.
Təhsil mərkəzinin 8 tələbəsi zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, tələbələr tortdan zəhərləniblər. (APA)
***
Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə dekabrın 24-də saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.
Reyting.az xəbər verir ki, bunu TƏBİB-dən bildiriblər.
Məlumata görə, çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub.
8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir.