AZ

Tovuzda peşə məktəbində kütləvi zəhərlənmə - Yenilənib

Tovuz rayonunda yerləşən Tovuz Dövlət Peşə Təhsili Mərkəzində kütləvi zəhərlənmə hadisəsi baş verib.

TƏBİB-dən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.12.2024-cü il tarixində saat 15:00 radələrində Tovuz rayonunda zəhərlənmə şübhəsilə çağırış daxil olub.

“Çağırış ünvanına təcili tibbi yardım briqadaları cəlb olunub. 8 nəfər Tovuz Rayonu Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara mədə-bağırsaq disfunksiyası diaqnozu təyin edilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxş qiymətləndirilir”, - TƏBİB-in məlumatında qeyd olunub.

***

Tovuz Dövlət Peşə Təhsil Mərkəzi də hadisə ilə bağlı sorğumuzu cavablayıb. Bildirilib ki, təhsil mərkəzində tənəffüs zamanı, təxminən saat 14:00 radələrində bir qrup tələbə yaxınlıqda yerləşən marketdən tort alaraq, öz aralarında bölüb, yeyiblər:

“Yarım saat sonra bir tələbə qızın halı pisləşib, liseyin işçiləri dərhal TTY çağırıblar. Tələbə hospitalizasiya olunduqdan sonra, digər 7 tələbə də özünü pis hiss edib. Tələbələr Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, lazımi tibbi xidmətlər göstərilib. Hazırda vəziyyətləri qənaətbəxşdir”. 

Qeyd edək ki, bir neçə gün öncə də Tovuzda kütləvi zəhərlənmə hadisəsi olub. Belə ki, Tovuz rayonu, Aşağı Quşçu kəndi, 1 nömrəli tam orta məktəbdə tüstülənmə nəticəsində 71 nəfərin kütləvi zəhərlənməsi faktı qeydə alınıb.

Seçilən
6
12
qafqazinfo.az

10Mənbələr