AZ

Xəstəxanaya yerləşdirilən Haluk Leventin son durumu açıqlandı

Məşhur müğənni Haluk Leventin son durumu açıqlanıb.

Gundem.az xəbər verir ki, ötən səhhətində yaşadığı problemlərlə bağlı xəstəxanaya yerləşdirilən ifaçının həkimi onun səhhətindən danışıb.

Həkim-professor Mehmet Vefik Yazıcıoğlu bildirib ki, 56 yaşlı müğınni hazırda müşahidə altında saxlanılır və onun müalicəsi davam etdirilir.

Onun sözlərində görə Haluk Leventdə Koronar Arteriya Xəstəliyinin (ürək əzələsini qidalandıran damarların daralması və ya tıxanmasından sonra qan axınının qismən və ya tam kəsilməsi nəticəsində yaranan xəstəlik) ilkin əlamətləri aşkar edilib:

"Onun ürəyində Koronar Arteriya xəstəliyinin ilkin əlamələrini aşkar etdik. Bu bir növ şəkərli diabet, yüksək xolesterin və stresin birləşməsi nəticəsində yaranan ürək tutmasına bənzəyir. Koronar Arteriya hələ ki, zərərsiz görünsə də, ürək-damar xəstəliyinin ilk mərhələsi hesab edilir və zamanla daha ciddi damar tıxaclarına səbəb olur. Bu xəstəlik tez vaxtda aşkarlanırsa, müalicə edilməzsə, sonradan ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. Haluk Leventin bundan sonra stressdən uzaq durması, müntəzəm olaraq pəhrizə və idmana riayət etməsi, dərmanlarını tam istifadə etməsi çox vacibdir".

Xatırladaq ki, ifaçı ötən gün sinəsində yaranana ağrılar səbəbilə dərhal xəstəxanaya yerləşdirilib.

Seçilən
6
gundem.az

1Mənbələr