AZ

Portuqaliya sahillərində batmış 250 xəzinə gəmisi var

Arxeoloq Aleksandre Monteyro Portuqaliya sahillərində 250 xəzinə gəmisinin olduğunu bildirib. 

HİT.az bu barədə "Observador"a istinadən xəbər verir.

"250-yə yaxın xəzinə gəmisi Azor və Madeyra arxipelaqlarının sularında, eləcə də Portuqaliyanın materik sahillərində batıb", deyə Monteyro bildirib.

Qeyd olunur ki, arxeoloq 1500-cü ildən bəri Portuqaliya sahillərində baş vermiş 8620 gəmi qəzası haqqında məlumat bazası yaradıb. Onun sözlərinə görə, materik sahillərində xəzinələri olan ən azı 250 gəmi var.

Monteyro 1615-ci ildə Azor adalarında Faial adasının yaxınlığında batmış flaqman Nossa Senhora da Luz gəmisinin qalıqlarını aşkar etdiyini iddia edir.

Samir

Seçilən
20
hit.az

1Mənbələr