Müğənni Sərdar Ortaç barəsində "qanunsuz mərc oynamağa təhrik" ittihamı ilə açılan cinayət işi çərçivəsində ilk dəfə hakim qarşısına çıxıb.
"Unikal" xəbər verir ki, zaman-zaman sosial şəbəkələrdə video-müraciətlər edərək qumar borcları səbəbindən müflis olduğunu bildirən ifaçı aylıq gəlirinin 500 min lirə olduğunu etiraf edib.
Ortaç ona irəli sürülən ittihamla da razılaşmayıb. Müğənni barəsində 3 il həbs cəzası tələb edilir.