AZ

Bu şəxslərin nikaha daxil olması qaydası dəyişdi

“Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nda dəyişiklik edilib.

Hurriyyet.Az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, ərizədə nikahın bağlanmasına mane olan halların sırasına ikisindən biri və ya hər ikisi Azərbaycanda qanunsuz olan əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər də daxil ediləcək.

Yeni qaydaya görə, nikaha daxil olanlardan biri və ya hər ikisi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduğu halda həmin şəxs (şəxslər) Azərbaycanda qanuni əsaslarla olmasını və ya yaşamasını təsdiq edən sənədin surətini ərizəyə əlavə etməlidir.

Seçilən
5
25
hurriyyet.az

10Mənbələr