AZ

Xırdalanda universitet yolu bərbad vəziyyətdə - Sakinlərdən ŞİKAYƏT - VİDEO

Ajans.az Xezerxeber.az-a istinadən xəbər verir ki, problem təkcə bununla da bitmir. Kanalizasiya suları da bu yola axır və yolu keçilməz edir. Üstəlik ətrafa da pis qoxular yayılır.

Yol ilə bağlı Abşeron rayon İcra hakimiyyətindən bildirildi ki, yaxın günlərdə Həsən əliyev küçəsində cari təmir işlərinə başlanılacaq. Əsaslı təmir işləri Pirşağı-Novxanı-Xırdalan avtomobil yolunun tikintisi çərçivəsində aparılacaq.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirildi ki, əraziyə yığılan su kanalizasiya yox, yağış sularıdır. Yağıntılar zamanı axan sular Ceyranbatan gölünün kənarında yerləşən nasosxanaya toplanır, oradan Xırdalanın su şəbəkəsinə ötürülür. Yola su yığılması isə ancaq intensiv yağışlar zamanı baş verir.

Yəni ərazidəki tullantı şəbəkəsinin fəaliyyətində heç bir problem yoxdur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
4
3
Ajans.az

4Mənbələr