AZ

Tanınmış güləş hakimi karyerasını başa vurdu

Azərbaycanın tanınmış güləş hakimi Hicran Şərifov 25 illik karyerasını başa vurub.

"Ölkə.az" xəbər verir ki, o, son olaraq Azərbaycan çempionatında 55 kiloqram çəki dərəcəsində Elmir Əliyevlə Rəşad Məmmədov arasında baş tutan final görüşünü idarə edib. Təcrübəli referi qarşılaşmadan sonra güləş ənənələrinə uyğun olaraq, fitini və qolçaqlarını xalça üzərinə qoyub və karyerasını başa vurduğunu rəsmən elan edib. Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyası tərəfindən H.Şərifova xatirə hədiyyəsi təqdim olunub.

Qeyd edək ki, Hicran Şərifov “Pekin-2008”, “London-2012” və “Rio-2016” Yay Olimpiya Oyunlarında, Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında, dəfələrlə dünya və Avropa çempionatlarında, eləcə də digər mühüm beynəlxalq yarışlarda ədaləti qoruyub. Azərbaycan güləş tarixində 3 Olimpiadada iştirak etmiş yeganə hakim ünvanına sahib H.Şərifov “London-2012”nin ən ədalətli referisi qismində “Qızıl fit” mükafatına layiq görülüb. O, “Şöhrət” və “Olimpiya” ordeni, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu”, “Tərəqqi” medalı, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”, “Əməkdar məşqçi” fəxri adları ilə təltif olunub.

489667

Seçilən
9
22
olke.az

10Mənbələr