AZ

Öldürülən Şimali Koreyalı əsgərin qeyd dəftərinin şifrəsi açılıb

...Ukrayna Xüsusi Əməliyyat Qüvvələrinin Kursk vilayətində döyüş əməliyyatlarında iştirak edən bölmələrindən birinin əsgərləri bildiriblər ki, öldürülmüş Şimali Koreya əsgərlərindən birinin yanından notebook (qeyd dəftəri-A.B.) tapılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Xüsusi Əməliyyat Qüvvələrinin mətbuat xidməti qeyd edir ki, qeyd dəftərinin müəllifi Qenq Honq Conqdur.

O, qeyd dəftərində Sonq Ji Myunq adlı əsgəri ad günü münasibətilə təbrik edib.

...Vətənimi tərk edərək, Rusiya ərazisində olduğum üçün ən yaxşı dostum və ordu qardaşım Sonq Ji Myonq (Yonq)-u ad günü münasibətilə təbrik edir, ona 9 dekabr 2024-cü il tarixində cansağlığı arzulayıram.

Qeyd dəftərində belə yazılıb.

Xüsusi Əməliyyat Qüvvələri aydınlaşdırıb ki, bu, ələ keçirilən Şimali Koreya qeyd dəftərindən şifrəsi açılmış ilk girişdir.

Əli Babayev

Seçilən
24
sia.az

1Mənbələr