AZ

Britaniya Kral sarayı Ukraynaya görə bunu da etdi – 170 illik müqavilə...

"Cadbury" şokoladını istehsalçısı olan şirkət Britaniya kral sarayının təchizatçısı statusundan məhrum edilib.

"Ölkə.az" xəbər verir k, Kral sarayından şirkətlə müqavilənin uzadılmamasının səbəbi rəsmi olaraq açıqlanmır.

Lakin BBC-nin məlumatına görə, bu, Cadbury məhsullarının hələ də Rusiyada satışının davam etməsi ilə bağlı ola bilər. İstehsalçıya sahib olan transmilli Mondelez İnternational şirkəti hələ də Rusiyada fəaliyyətini dayandırmayıb və buna görə dəfələrlə Ukrayna hakimiyyəti tərəfindən tənqid olunub.

Bundan əvvəl məlum olmuşdu ki, B4Ukraine təşkilatının nümayəndələri Rusiya bazarını tərk etməyən şirkətlərin patentlərini ləğv etmək təşəbbüsü ilə Kral III Çarlza müraciət ediblər. Mondelez İnternational ilə yanaşı, Unilever-in də adı xüsusi qeyd olunub və onun da Kral sarayına təchizatçı statusunun uzadılmasından imtina olunub.

Xatırladaq ki, Cadbury 1854-cü ildə kral gerbinin məhsullara yerləşdirilməsinə icazə verən patent alıb. 170 ildir ki, bu hüquq davamlı olaraq yenilənirdi.(musavat.com)

Seçilən
2
1
olke.az

2Mənbələr